Bu virusun bütün Asiya qitəsini ağuşuna alma riski çox böyükdür
Naməlum və sirli bir virus Çində artıq 59 nəfərə yoluxub. Ölkə səlahiyyətliləri və ya elm adamları 12 dekabr 2019-cu ildən bəri yayılan virusun qaynağını müəyyən edə bilmirlər. Virus isə dayanmadan yayılmağa davam edir.
“Sherg.az” “Sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, Çin səhiyyə işçiləri, 59 nəfərə yoluxmuş sirli bir sətəlcəm xəstəliyinin kökünü müəyyənləşdirmək üçün mübarizə aparırlar. 2019-cu ilin 12- 29 dekabr tarixləri arasında Çinin mərkəzindəki Vuhan şəhərində naməlum virus mənşəli sətəlcəm ilə bağlı 59 hadisə qeydə alınıb . Ən ağır vəziyyətdə olan 7 xəstə hələ də yaşayır, heç bir ölüm faktı yoxdur.
Bu barədə Vuhan Bələdiyyəsinin Səhiyyə Komissiyası məlumat yayıb. Məlumatda qeyd olunub ki, daha 163 nəfər hələ də müşahidə altındadır.
Yazıda o da qeyd olunur ki, yeni yayılan virus Çində təminən 2002-2003-cü illərdə yayılmış kəskin respiratuar virus olan olan “SARS”dan da kəkindir. SARS da bir tənəffüs sindoru idi. Bu virus Çin hakimiyyətini ciddi narahat edirdi. Əslində 2002-2003-cü illərdə SARS Asiyada 37 ölkəyə yayılaraq 800-ə yaxın insanın ölümünə səbəb olub.
Ümumdünya Səhiyyə Təşkilatı bəyanat yayıb ki, bu naməlum virusun səbəb olacağı riskləri müəyyən etmək üçün olduqca az məlumat var:
“Amma əsas tövsiyyəmiz ondan ibarətdir ki, Çinə səfər etmək istəyən turistlər və ya insanlar, Çinlə ticari əlaqəsi olan ölkələr xeyli diqqətli olmaldılar. Cənubi Koreya, Tayvan və Sinqapur kimi ölkələr önləyici tədbirlər həyata keçirməldir. Çünki bu virusun bütün Asiya qitəsini ağuşuna alma riski çox böyükdür. İnsanlar da diqqətli olmalıdılar. Belə viruslar adətən keçici olduğu üçün insanlar ictimai nəqliyyatda özlərini qorumalıdırlar. Əks halda virus çoxsaylı insan qırğınına yol aça bilər.