Son dəqiqə... İsrail, Naama Issacharanın əvəzində Rusiyaya torpaq verdi - FOTOLAR


Dünya mediasının yaydığı rəsmi xəbərə görə, Təl- Əviv rəhbərliyi Moskvada 7,5 il həbs cəzasına məhkum edilən gənc qadın üçün Şərqi Qüdsdəki "Aleksandır" meydanını Rusiyaya təhvil verir. Sherg.az xarici mediaya istinadən xəbər verir ki, "Reuters", Putinin bu gün Qüdsdə işlətdiyi "Hər şey yoluna girəcək" cümləsini "son dəqiqə" xəbəri kimi yayıb.

Dünyanın gözü, qulağı bu gün İsraildədir. Təxminən 40 ölkənin lideri və üst səviyyə səlahiyyətliləri bir-bir Təl- Əviv  gəlməkdəykən, Rusiya dövlət başçısı Vladimir Putin və ABŞ prezidentinin köməkçisi Mike Pence də bu səhər İsrailə enib.



Bu arada İsrail mətbuatı  Rusiyada həbsdə saxlanan  Naama Issacharın buraxılmasına qarşılıq Şərqi Qüdsdəki "Aleksandr" meydanının Moskvaya verildiyini yazıb.
"Maariv" qəzetinin xəbərinə görə, 2019-cu ilin aprelində  Moskvadakı hava limanında nəzarətə alınan Naama Issacharın çamadanında narkotik tapılmışdı.
Eyni zamanda ABŞ vətəndaşı da olan Issachar, Rusiya məhkəməsi tərəfindən 7,5 il həbs cəzasına məhkum edilmişdi.





Qəzet, 9 aydır məhbus olan Naama Issacharın anasının bu gün Putinlə görüşündən əvvəl tərəflərin "Aleksandır" meydanının Rusiyaya verilməsi üçün razılaşdığını yazıb.



Qəzetin xəbərində qeyd olunur ki, məhbusun anası Yaffe Issacharın İsrail Baş naziri Binyamin Netanyau ilə görüşdüyü və qızının bağışlanılıb geri gətirilməsi tələbini çatdırdığı vurğulanır.