Suriyada Rusiya və ABŞ hərbçiləri arasında gərginliklər baş verir. “İnterfaks” xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceym Ceffri deyib.
Misal qismində C.Ceffri amerikalı hərbçilərin Mənbicə gedən Rusiya general-mayorunu ələ keçirməsini qeyd edib.
O zaman incident iki ölkə arasında mövcud olan əlaqə kanalları vasitəsi ilə həll edilmişdi.
Həmin kanallar vasitəsi ilə də Rusiya təyyarələrinin amerikalıların olduğu ərazilərdə uçuşu dayandırması barədə razılıq əldə edilmişdi.
“Problemlər 14 ay qabaq, Rusiyanın o ərazilərdə fəaliyyətini gücləndirməsindən sonra yaranmışdı”, - deyə Ceffri əlavə edib.
Qeyd etmək lazımdır ki, ələ keçirilən rus generalın adı açıqlanmır.