Zəlzələ çadırından gəlin köçdü


Manisanın Kırkağaç qəsəbəsində baş verən zəlzələ sonrası evləri zərər gördüyü üçün çadır kəntdə yerləşən Sarıefe ailəsinin qızları Sibel, gəlinliyi ilə AFAD çadırından çıxıb.

Sarıefe və Dəmirəl ailələri, həyatın normalaşması ilə əvvəldən təyin olunan toy tarixlərini təxirə salmaqlarını ifadə edib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Manisada keçən həftə baş verən zəlzələdən təsirlənən Kırkağaç qəsəbəsində məskunlaşan İsmayıl Sarıefeyə aid ev ziyan görüb.

Evləri risk altında olduğu üçün ailə, üç gün əvvəl AFAD tərəfindən qurulan çadırkəndə yerləşib. Sarıefe və Dəmirəl ailələri, uşaqları Sibel və Mücahidin əvvəldən tarixi təyin olunan toylarını, zəlzələ olmasına baxmayaraq təxirə salmamaq qərarı verib.




Toy hazırlıqları tamamlanıb və gəlin Sibel Sarıefe, ənənələrə görə ev əvəzinə AFAD çadırından gəlinliyi ilə çıxıb.

Gəlin və bəy , çadırkənddə toplanaların alqışları arasında toylarının ediləcəyi salona doğru hərəkət edib.

Bəy Mücahid Dəmirəl, "Yaşanan zəlzələ səbəbindən pis günlər keçiririk, amma nəsib olsa bu gün toyumuz var, təxirə salmadıq. Gəlinimizi çadırkənddən götürdük. İnşallah, bundan sonrakı həyatımız çadırda keçməz. Allahım bir daha belə fəlakətləri göstərməsin." deyib. 

Sibel-Mücahit cütlüyü, bölgədə zəlzələlərin davam etməsinə baxmayaraq qonaqların toylarına gələcəyindən ümidli olduqlarını söyləyiblər.

Turan