İnterpol Moraleslə bağlı həbs orderini ləğv etdi

İnterpol Evo Moralesin həbsi ilə bağlı beynəlxalq orderin aktivləşdirilməsindən imtina edib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Boliviya Ədliyyə nazirinin müavini Ubert Varqas deyib.

“Hakimiyyətin icraedici orqanı kimi biz Baş Prokurorluqdan tələb edirik ki, İnterpolun qırmızı bülleteninin aktivləşdirilməsi məsələsini və Evo Moralesin cinayətləri ilə bağlı araşdırmanın necə inkişaf etdiyini izah etsin”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Boliviya Daxili İşlər naziri Arturo Murilo İnterpolun Evo Moralesin həbsiylə bağlı beynəlxalq orderi aktivləşdirdiyi haqqında məlumat yaymışdı.