Liviyadakı tərəflərin yaxın vaxtlarda genişmiqyaslı hərbi addımlar atmağa hazırlaşdığına dair etibarlı mənbələrdən aldığımız məlumatları narahatlıqla qarşılayırıq.
“HaberGlobal”ın məlumatına görə, bu barədə ABŞ-ın Liviyadakı səfirliyindən açıqlama verilib.
Açıqlamada bu növ istənilən addımın Berlin Konfransında qəbul edilmiş qərarların pozulması kimi qiymətləndiriləcəyi vurğulanıb.
Liviyadakı bütün tərəflər və dəstəkçilərinə sözügedən vəziyyətin səbəb olacağı riski düzgün qiymətləndirmək çağırışı edilib.