Suriyanın paytaxtı Dəməşq şəhəri raket hücumuna məruz qalıb. “RİA Novosti” xəbər verir ki, Suriya tərəfi bir neçə raketi vura bilib.
Zərbələrin kim tərəfindən endirildiyi açıqlanmır.
Xatırladaq ki, son dəfə Dəməşq cari ilin fevralın 6-ı raket hücumuna məruz qalmışdı.
O zaman İsrailin HHQ-nin dörd F-16 qırıcısı Dəməşqə səkkiz “hava-yer” tipli raket buraxmışdı.