Şimali Koreyada karantin qaydalarını pozan şəxs edam edildi

Şimali Koreyada koronavirusun tüğyan etdiyi Çindən qayıtdıqdan sonra karantin tədbirlərinə əməl etməyən şəxs güllələnib.

“Daily Mail” xəbər verir ki, həmin şəxs ölkəyə gələr-gəlməz karantinin tələblərini yerinə yetirmək əvəzinə ictimai hamama gedib.

Qeyd etmək lazımdır ki, Şimali Koreyada koronavirusa yoluxma halının qeydə alınmamasına baxmayaraq, ölkədə fevralın sonunadək karantin elan edilib.