Koronavirus epidemiyası səbəbi ilə Çinin iqtisadi artım tempinin ləngiməsi böyük ehtimalla Avrozonada iqtisadi artım tempini 0,1-0,2 faiz aşağı salacaq.
AZƏRTAC Avropanın nüfuzlu “Euractiv” portalına istinadla xəbər verir ki, bu proqnoz “S&P Global” reytinq agentliyi tərəfindən verilib.
Portalda qeyd edilir ki, koronavirus onsuz da çətinlik çəkməkdə olan Avropa iqtisadiyyatına zərbə endirib. Avropa Komissiyası noyabr ayında Avropa İttifaqı və Avrozonada ÜDM-in artım göstəricisini müvafiq olaraq 1,4 faiz və 1,2 faizə endirib.
Avropa Komissiyası Brexit və ticarət savaşları da daxil olmaqla, vəziyyətin qeyri-sabitliyini və çoxsaylı riskləri nəzərə alaraq, üzv ölkələrə hər cür ssenarilərə hazır olmaları barədə xəbərdarlıq edib.