ABŞ-ın Bağdaddakı səfirliyi raket atəşinə tutulub.
APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bir neçə raket səfirlik binasının yaxınlığına düşüb.
Dağıntı və tələfat barədə məlumat verilmir.
“Reuters” agentliyi isə raket zərbələrinin hədəfinin ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiyanın bazası olduğu barədə xəbər yayıb. Baza ABŞ səfirliyi yaxınlığında yerləşir.
***
saat 07.28
ABŞ-ın İraqdakı səfirliyinin yaxınlığına raketlər zərbələri endirilib.
APA xəbər verir ki, bu barədə “Frans Press” ABŞ hərbi mənbələrinə istinadən məlumat yayıb.
Hücum zamanı diplomatik nümayəndəliyin ərazisində dərhal həyacan siqnalı səsləndirilib.
Əl-Ərəbiyyə telekanalı raketlərin “yaşıl zona”ya düşdüyünü bildirib.
Atılan raketlərin sayı və konkret olaraq hansı hədəflərə istiqamətlənməsi barədə əlavə məlumat verilməyib.