Fevralın 16-da səhər saatlarında Moskvadakı Müqəddəs Nikolay məbədində dindarlara basqın olub.
26 yaşlı Lipetsk sakini məbəddə olan dindarlara basqın edərək iki nəfəri bıçaqla yaralayıb. Rusiya DİN-in rəsmi nümayəndəsi jurnalistlərə bildirib ki, basqın edən şəxs saxlanılıb, yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi açılıb.
(AZƏRTAC )