Koronavirusdan ölən komandir: Dəfn mərasimindən inanılmaz kadrlar yayılıb


İranda koronavirusdan ölən İnqilab Gözətçiləri Korpusunun keçmiş komandirinin dəfn mərasimindən inanılmaz kadrlar yayılıb. 






Sherg.az türk mediasına istinadən xəbər verir ki, itkilərin sayının 291-ə çıxdığı İranda, koronavirusdan ölən Ferzad Tazarinin mərasimi Tehranda təşkil edilib.
Mərasimdə daha əvvəlki dəfn mərasimlərini xatırladan görüntülər vardı. Tazarinin kəfənlənmiş cəsədi çiyinlərdə daşınıb, mərasimə qatılanların bəzilərinin maska taxmaması diqqət çəkib.
Keçmiş komandirin yaxınları məzara əlləriylə torpaq atıb.

Hazırda 8 min 42 insanın koronavirusa tutulduğu İranda, dövlət başçısının köməkçisi və 20-dən çox millət vəkilində də Covid-19 aşkarlanıb.

Turan