Fələstin və İsrail koronavirusla əlaqədar ziddiyyətləri müvəqqəti olaraq kənara qoyublar.
Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb. Hətta hər iki dövlətin hakim orqanları koronavirusla mübarizə üçün operativ qərargah yaradıblar. Sazişin detalları barədə hələ ki, heç nə deyilmir.
“Bizim ortaq sərhədlərimiz artıq şübhəyə heç bir yer buraxmır: sərt tədbirlər alınmalı və ən yüksək səviyyədə əməkdaşlıq həyata keçirilməlidir”,-deyə qəzet Fələstin rəsmisinin sözlərindən misal gətirib. Adının çəkilməsini istəməyən dövlət məmuru İsrailin Fələstinin Səhiyyə nazirliyinə kornavirusla bağlı 200 test nəticəsini göndədiyini bildirib. Bundan başqa, infeksiyaya məruz qalmış ərəblər də İsrail xəstəxanalarına yerləşdirilib.
Birgə operativ qərargahın yaradılması xəbəri İsrailin Müdafiə nazirliyi tərəfindən də təsdiqlənib.
İsrail ordusunun zabiti, nazirliyin Mülki müdafiə departametinin rəhbəri mayor Yotam Şefer son 3 həftə ərzində Fələstinlə koordinasiyalı şəkildə çalışdığını vurğulayıb.