Daha bir ölkədə fövqəladə vəziyyət elan edilir


Qırğızıstanda da koronavirusa görə fövqəladə vəziyyət elan edilir.

Axşam.az xəbər verir ki, bunu ölkənin Nazirlər Kabineti açıqlayıb. Məlumata görə, fövqəladə vəziyyət martın 22-dən tətbiq ediləcək.

Qeyd edək ki, Qırğızıstanda indiyədək 12 yoluxma faktı qeydə alınıb. Bütün yoluxmalar Səudiyyə Ərəbistanı və Küveytdəki müqəddəs ziyarətgahlara səfər edən şəxslərdir.