Niderlandda koronavirusdan ölənlərin sayı 136-ya çatıb


Niderlandda koronavirus epidemiyasından ölənlərin sayı 136-ya çatıb.

AZƏRTAC xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 3631 nəfərdir. Yoluxma halının 637-si martın 21-də qeydə alınıb.

Qeyd edək ki, Niderlandda “kollektiv immunitet” yaratmaq strategiyasına üstünlük verilərək hələ karantin tətbiq edilməyib.