ABŞ-da silah satışı artdı - Koronavirusa görə

ABŞ-da odlu silah satışı koronavirus pandemiyası fonunda artıb.
Axar.az xəbər verir ki, bu məlumatı ABC televiziyası yayıb. Məlumata görə, 2020-ci ilin fevralında silah satışı 309% yüksəlib. Üstəlik keçən ay ərzində silah sifarişlərinin 222% artdığı vurğulanıb.
Televiziya silah satışının artmasına əsas səbəbin virusla əlaqədar polis əməliyyatlarının sayının azalmasının olduğunu bildirib.