Gün ərzində Moskvada 54 nəfər koronavirusa yoluxub


Rusiya paytaxtında bir gün ərzində 54 nəfərdə koronavirus aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Koronavirusla Bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.

Hazırda Moskvada koronavirusa yoluxmuş 191 xəstə var. Xəstələr Cenevrə, Riqa, Paris, Amsterdam və Madriddən gələnlərdir. Onların arasında digər ölkələrin vətəndaşları da var.