Gürcüstanda 20 həkim koronavirusa yoluxub


Gürcüstanda 20 həkim yeni növ koronavirusa yoluxub.

APA-nın yerli bürosunun xəbərinə görə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Yekaterine Tikaradze bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yoluxmuş şəxslər arasında Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları da var.