Türkiyə Böyük Millət Məclisi (TBMM) Baş Assambleyası, "TBMM-nin 100-cü" quruluş ildönümünə xüsusi iclas topladı. Parlamentin sədri Mustafa Sentop "Bu xoşbəxt ildönümündə planlaşdırdığımız tədbirləri məhdudlaşdırmalı olduq" deyə bildirib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, parlamentin sədri Mustafa Şentopun başçılıq etdiyi xüsusi iclasdan əvvəl, koronavirusun yayılması səbəbiylə oturma yeri sosial məsafəyə uyğun olaraq tənzimləndi. Baş Məclisin girişlərinə əlcəklər, maskalar və dezinfeksiyaedici maddələr qoyuldu.
İlk dəfə olaraq 23 aprel xüsusi sessiyasında lojalar boş qaldı. Prezident Rəcəb Tayyib Ərdoğanın qatılmadığı iclasda vitse-prezident Fuat Oktay iştirak etdi. Yığıncağa CHP sədri Kamal Kılıçdaroğlu, MHP lideri Dövlət Baxçalı, Böyük Birlik Partiyasının sədri Mustafa Destici, HDP həmsədri Mithat Sancar da qatıldı.
İYİ partiyasının lideri Meral Akşener iclası lojadan izlədi. Üstəlik, iclasda xarici işlər naziri Mövlut Çavuşoğlu, ədliyyə naziri Abdulhamit Gül, müdafiə naziri Hulusi Akar, ətraf mühit və şəhərsalma naziri Murat Kurum və millət vəkilləri də iştirak etdilər.
Hər kəsin maska taxaraq sosial məsafəni qoruyaraq oturduğu məclisdə sayğı duruşu edildi və daha sonra İstiqlal Marşı oxundu.
Partiya sədrlərindən iclasa ilk qatılan Dövlət Baxçalı və Kamal Kılıçdaroğlu oldu.
Baş Məclisdə millət vəkilləri, məclis üzvləri və jurnalistlər Kovid-19-a qarşı mübarizə tədbirləri çərçivəsində maskalar taxdılar.
Turan