İraqda 20 min məhkum azadlığa buraxıldı

İraqda koronavirus səbəbilə 20 mindən çox məhkum azadlığa buraxılıb.

"Sherg.az" xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu Şurasının mətbuat ofisi açıqlama yayıb.

Bildirilib ki, qərar Böhran Masası və Baş Prokurorluğun təlimatı əsasında həyata keçirilib.

Başqa bir qərara görə isə Ramazan ayı boyunca 19:00-06:00-da küçəyə çıxma qadağası tətbiq ediləcək. Bu saatlardan başqa zamanlarda sosial məsafənin qorunması şərtilə iş yerləri və fabriklər açıq olacaq.

İraq Səhiyyə və Ekologiya Nazirliyinin dünənki açıqlamasına görə, ölkədə 83 nəfər koronavirusdan dünyasını dəyişib. 1 631 nəfər virusa yoluxub./Publika.az