BMT-nin Yaxın Şərqdə xüsusi elçisi Nikolay Mladenov İsrailin İudeya və Samariya bölgələrinin bir hissəsində suverenitet elan etməsi planı barəsində danışıb.
“MIG News” xəbər verir ki, aprelin 23-ü BMT-nin Təhlükəsizlik Şurasında baş tutan brifinqdə N.Mladenov İsrailin ilhaq cəhdlərinin iki dövlət haqqında qərara ciddi zərbə vuracağını bildirib.
Onun fikrincə, Tramp administrasiyası tərəfindən təqdim edilən sülh planında adı keçən rayonlarda suverenitetin elan edilməsi bölgədə vəziyyəti ağırlaşdıracaq.
Həmçinin Mladenov əlavə edib ki, beynəlxalq hüquqa zidd olan bu addımlar İsrail və Fələstin arasında danışıqların sonlanmasına gətirib çıxaracaq.