ABŞ COVID-19-la bağlı dərmanların idxalına maneə yaratmaqla 83 milyon iranlının səhhətini girov götürüb.
“Anadolu” agentliyi xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.
O, Avropa İttifaqı (Aİ) ölkələrindən ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları qınamalarını istəyib.
Ruhani bildirib ki, ABŞ vətəndaşları bu yolun özlərinə də faydalı olmayacağını başa düşməlidirlər: “Nüvə razılaşmasının çökməsi hamının zərərinədir”.