"İkinci dalğa" narahatlığı tualet kağızına tələbatı artırdı


Avstraliyanın ikinci böyük şəhəri Melburnda bir gündə 30 yeni koronavirüs hadisəsi qeydə alınıb. Bundan əndişələnən xalq, "ikinci dalğa"nın qorxusuyla marketlərə axın edib. Sherg.az xarici mediaya istinadən xəbər verir ki, vətəndaşlar paket paket tualet kağızı aldığına görə ölkə boyu satışlarda məhdudlaşdırma tətbiq edilib.

Ölkənin ən böyük iki böyük market zənciri olan Woolworths və Coles, tualet kağızı və kağız dəsmal satışlarına müəyyən məhdudiyyətlər qoyduğunu bildirib. Səlahiyyətlilər bununla yanaşı marketlərdə ara məsafəsi qaydalarının pozulmasını  da önləməyə çalışır.

Avstraliyalılara "sakitləşmə" çağırışı edən Baş nazir Scott Morrison isə, "Buna son verin, bu çox axmaq bir narahatçılıqdır" deyib. 25 milyon əhalisi olan Avstraliyada epidemiya səbəbiylə 104 nəfər həyatını itirib, yoluxma sayı isə 7 min 500 nəfərdir. Ölkənin bir çox bölgəsinin virusdan təmizləndiyi bildirilir.

Turan