Türkiyədə mikroavtobus qəzaya uğrayıb, 41 nəfər xəsarət alıb


Türkiyənin Van əyalətində qeyri-qanuni miqrantları daşıyan mikroavtpbus qəzaya uğrayıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 1 nəfər həlak olub, 41 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qeyd edilir ki, qeyri-qanuni miqrantların daşınmasını təşkil edən iki nəfər polislər tərəfindən saxlanılıb.