Putin hər üç-dörd gündən bir koronavirus testi verir


 Rusiya prezidenti Vladimir Putin bildirib ki, daimi olaraq koronavirusla bağlı testlər verir. Testlərin hamısının nəticələri mənfi olub.

24News.ge xəbər verir ki, bu barədə dövlət başçısı “Rossiya-1” telekanalının "Moskva. Kreml. Putin" adlı verilişində deyib.

Jurnalistin "tez-tezmi virusla bağlı test verirsiz" sualına Putin: "Müntəzəm, hər üç-dörd gündə bir dəfə", - deyə cavab verib.

Analizlərin nəticələrinin mənfi olub-olmaması bardə suala dövlət başçısı belə cavab verib: "Allaha şükür, hələ ki, bəli yaxşıdır".

Putin həmçinin ölkədəki epidemoloji vəziyyətə də diqqət çəkib:

O deyib ki, "Allaha şükür, indi epidemiya geri çəkilir və ölkədə vəziyyət yaxşılaşır".