Nəzərlər Texasda: COVID-19 tüğyan edir

 “ABŞ Federal Hakimiyyət orqanları koronavirusla bağlı vəziyyətin ciddi şəkildə pisləşdiyi Texas ştatına kömək edəcək”,

APA yerli “WFAA” telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Mayk Pens deyib.

Texas qubernatoru Qregg Ebbott öz növbəsində koronavirus infeksiyasının son həftələrdə ştatda təhlükəli dönüş yaratdığını, yeni xəstəxanalara yerləşdirilənlərin sayının 2 mindən 5 minə qədər yüksəldiyini və müsbət test nəticələrinin faiz nisbətinin 4.7%-dən 13%-dək artdığını vurğulayıb.