Moskvada dünyada ilk dəfə kuryerlərə abidə qoyulub


Moskvada dünyada ilk dəfə kuryerlərə abidə qoyulub. Çatdırma şirkətləri koronavirus pandemiyası dövründə öz əməkdaşlarının işini bu şəkildə əbədiləşdirməyi qərara alıblar.

AZƏRTAC bildirir ki, bu heykəlin yaradılması üçün pul vəsaitini özünütəcrid rejimi dövründə malların evlərə çatdırılması ilə məşğul olan bir neçə Rusiya şirkəti ayırıb. Abidə çətin şəraitdə çalışan kuryerlərin fədakarlığına hörmət rəmzidir.

Layihədə iştirak etmiş şirkətlərin nümayəndələrinin sözlərinə görə, özünütəcrid rejimi dövründə təkcə Moskvada 60 mindən çox kuryer işləyib. Bütövlükdə Rusiyada isə çatdırma xidmətlərinə tələbat onlarca dəfə artıb. Onlar qeyd edirlər ki, hər gün sifarişlərin daşınmasını davam etdirən, beləliklə "bütün ölkədə çoxsaylı insanlar üçün özünütəcrid rejiminə imkan yaratmış" insanların əməyinə diqqət yetirməyi zəruri hesab ediblər.