İstanbul boğazında bir ilk: Dronla paket xidməti göstərilir


 İstanbulun Beşiktaş rayonunda bir restoran İstanbul boğazında gəzinti edən lüks gəmilərə dronun köməkliyi ilə paket xidməti göstərməyə başlayıb.



Sherg.az türk mediasına istinadən xəbər verir ki, restoranda hazırlanan paketlər ikinci bir əl dəymədən və yeməklər soyumadan sürətlə müştəriyə çatdırılır.

Restoran administratoru Mərd Gülər "Gələn sifariş üzərinə restoranımızdan qaldırdığımız dronla boğazda dövr edən lüks gəmilərə paket xidməti etməyə başladıq. İstanbul boğazında bir ilki reallaşdırırıq. Boğazdakı gəmilərə motosikletlə kuryer xidməti edə bilmədiyimiz və müştərilərimizdən gələn tələbləri geri çevirməmək üçün paketlərimizi dronla göndərməyi bacardıq. Bunun sayəsində daha gigiyenik və daha yaxşı bir xidmət göstəririk, müştərilərimiz də, biz də məmnunuq" deyə bildirir.

Sifariş verən bir gəminin kapitanı Saffet Köseoğlu da məmnundur:

"Gəmilərimizlə boğazı dövrə vururuq. Qonaqlarımızın yemək tələbləri olur. Biz də bu tələbi çöldəki bir restorandan sifariş veririk. Yeməklər dronlar vasitəsi ilə əl dəymədən gəmimizə gəlir. Gələn yeməkləri gigiyena mühitində ikinci bir əl dəymədən qonaqlarımıza təqdim edirik".

Turan