Sabahdan Gürcüstanda Vahid Milli İmtahanlar başlayır

Gürcüstanda sabahdan etibarən Vahid Milli İmtahanlara start verilir.

24News.ge xəbər verir ki, imtahanlar ölkə üzrə 24 imtahan mərkəzində həyata keçiriləcək.

Sabahdan etibarən start götürəcək imtahanlar 25 iyuladək davam edəcək.

Müəllimlik sertifikatı almaq istəyənlər üçün imtahanlar 22 iyuldan 30 iyuladək baş tutacaq. Magistr imtahanları isə 1-4 avqust tarixlərində keçiriləcək.

Milli İmtahanlar Mərkəzinin məlumatına əsasən, koronavirus səbəbi ilə hər bir abituryent imtahan mərkəzinə maska ilə gəlməlidir. Qeydiyyatdan keçərək masada əyləşdikdən sonra isə abituryentlərin maskanı çıxarmaq imkanları olacaq. İmtahan mərkəzində hərarət 30 dərəcədən yuxarı olasa, kondisonerlərin işləməsinə icazə veriləcək. Kondisonerlər işlədiyi təqdirdə isə, abituryentlər maska taxmalı olacaqlar. 

Hər bir abituryent imtahan mərkəzinə imtahan vərəqi və şəxsiyyət vəsiqəsi ilə gəlməlidir.