Gürcüstana təkliflər gəlir - Uçuşları test olmadan açın!

"Bizə testsiz və karantinsiz sərhədləri açmağı təklif edən bir sıra Avropa ölkələri var və bu məsələ ilə bağlı fəal şəkildə müzakirələr aparırıq".

24News.ge xəbər verir ki, bu sözləri Regional İnkişaf və İnfrastruktur Naziri və vitse-premyer Maia Tskitişvili deyib.

O bildirib ki, Avropa İttifaqının bütün ölkələri pandemiya ilə mübarizə hissəsində müvəffəqiyyətimizi qəbul edirlər.

Nazirin sözlərinə görə, bu mərhələdə müəyyən ölkələrlə danışıqlar aparılır:

“Hər ölkənin öz rejimi var. Misal üçün Avstriya Avropa İttifaqı ölkələrindən başqa heç bir ölkə üçün sərhədlərini açmaq istəmir. İtaliya isə, qərar verdi ki, açsın, ancaq 14 günlük karantin şərti ilə. Elə ölkələr var bizə hər hansı testsiz və karantinsiz sərhədlərini açmağı təklif edirlər. Hazırda bu məsələlərlə bağlı müzakirələrimiz davam edir və önəmli qərarlar yaxın vaxtda veriləcək”, - deyə Maia Tskitişvili bildirib.