Tramp ABŞ-da koronavirusdan ölüm göstəricisinin azaldığını açıqladı

ABŞ Prezidenti Donald Tramp ölkədə koronavirusa görə ölüm göstəricisində azalma olduğunu qeyd edib.
Gazeta.ru-nun məlumatına görə, bu barədə Birləşmiş Ştatların lideri “Twitter” hesabında yazıb.
D.Tramp ölkədə ölüm göstəricisinin aşağı və sabit olduğunu vurğulayıb.
Bununla yanaşı, ölkə başçısı ABŞ-da kütləvi testləşməyə görə yoluxma sayında artım qeydə alındığını vurğulayıb.