ABŞ-ın ÜST-dən çıxacağı dəqiq tarix elan edildi

Birləşmiş Ştatlar BMT-nin Baş katibi Antonio Quterreşə göndərdiyi məlumatda Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxacağı dəqiq tarixi qeyd edib.
Bu barədə TASS məlumat yayıb.
Rəsmi xəbərdarlıqda ABŞ-ın 6 iyul 2021-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatından çıxacağı göstərilib.
Qeyd edək ki, Ağ Ev administrasiyası ÜST-ü koronavirusun yayılmasına kifayət qədər operativ reaksiya göstərməməkdə və bu barədə ictimaiyyətə vaxtında məlumat verməməkdə ittiham edib.