İranda son sutkada COVID-19-a yoluxan 194 nəfər vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 194 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

İranda koronavirusdan ölənlərin sayı 12 min 829 nəfərə çatıb. Ölkədə son sutka ərzində koronavirusa 2 min 186  yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 257 min 303 nəfərə çatıb. İndiyədək xəstəlikdən 219 min 993  nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 min 359 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.