ABŞ peyvənd istehsalına başlayır: Vaxt açıqlandı

ABŞ-da COVID-19 koronavirusuna qarşı peyvəndin istehsalı 4-6 həftə ərzində start götürəcək.
Bu barədə CNBC ABŞ Prezident Administrasiyasında adı açıqlanmayan yüksək vəzifəli rəsmiyə istinadən məlumat yayıb.
“Çox güman ki, 4-6 həftə sonra istehsal başlayacaq. Biz peyvəndi yayın sonuna qədər aktiv şəkildə istehsal edəcəyik”, - nəşrə müsahibə vermiş mənbə bildirib.