Gürcüstanda son 24 saat ərzində 14 yeni yoluxma qeydə alınıb


Son günlər ərzində ölkə ərazisində virusa yoluxanların sayında qisməndə olsa artım müşahidə olunur.

24News.ge xəbər verir ki, rəsmi açıqlamalara görə, son 24 saat ərzində 14 yeni yoluxma qeydə alınıb. Mövcud virusdan müalicə alan pasiyentlərdən 3 nəfər isə sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 1131 nəfərə çatıb. Onlardan 920 nəfəri isə tam olaraq sağalıb. Ümumilikdə 16 nəfər sözügedən virusdan həyatını itirib.

Hazırda ölkə üzrə karantində, 6.183 stasionar nəzarətdə isə 302 nəfər saxlanılır.