ABŞ iqtisadiyyata 1 trilyonluq yardım paketi ayırır


Respublikaçılar iqtisadiyyata dəstək üçün daha 1 trilyon dollar ayırmağı təklif edir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin deyib.

“1 trilyon dollarlıq paketin içində daha prioritet və təcili məsələlər yer alır”, - nazir bildirib.

Onun sözlərinə görə, paketdə həm də amerikalı ailələrə yeni birbaşa ödəmələr də yer alır.