Əskişəhərdə 400 sakini olan məhəllə karantinə alınıb


Türkiyənin Əskişəhər bölgəsində 400 nəfər sakini olan məhəllə koronovirusun yayılması riski səbəbindən karantinə alınıb.

AZƏRTAC xəbər verir ki, Əskişəhərin Təpəbaşı rayonunun Kızılcaören məhəlləsinin altı sakinində infeksiya akşarlanması yerli hakimiyyət orqanlarını hərəkətə gətirib. Bildirilir ki, məhəllədə virusun yayılmasına son həftələr keçirilən iki nişan və bir yas mərasimi səbəb olub.

Məhəllənin giriş-çıxış yolları polis tərəfindən nəzarətə götürülüb. Hazırda virusa yoluxmaqda şübhəli bilinənlər test edilir.