Bağdadda hərbi düşərgə raket hücumuna məruz qalıb


İraqın paytaxtı Bağdad şəhərinin cənub hissəsində yerləşən hərbi düşərgə raket hücumuna məruz qalıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, As-Sakr adlı düşərgə istiqamətində azı 3 raket atılıb.

Bildirilir ki,partlayışlar nəticəsində düşərgənin ərazisində yanğın başlayıb.

Digər təfərrüatlar barədə məlumat verilmir.