ABŞ-ın Milli Təhlükəsizlik müşaviri koronavirusa yoluxdu

ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Robert O'Brayn koronavirusa yoluxub.
“Politico” xəbər verir ki, Robert O'Brayn koronavirus testi müsbət nəticə göstərib.
Onun evdən iş fəaliyyətini davam etdirdiyi qeyd olunur.

ABŞ Prezidenti Donald Tramp ilə sıx əməkdaşlıq edən O'Braynın bu günə qədər Ağ Evdə COVID-19-a yoluxan ən yüksək vəzifəli şəxs olduğu qeyd edilir.