Rusiya 33 ölkəyə koronavirus sınaq sistemləri təqdim edib

Rusiya 33 ölkəyə 800 mindən çox koronavirus sınaq sistemini pulsuz təqdim edib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova “COVID-19 pandemiyası və HİV-in Davamlı İnkişafa Təsiri” adlı virtual simpoziumda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Rusiyanın xarici tərəfdaşlarına yüksək effektiv test sistemlərini onalara kömək məqsədilə verilib.

Anna Popovanın sözlərinə görə, bundan əvvəl Rusiya daha 32 ölkəyə analoji sınaq sistemi verib.