“Le Figaro”: “Frexit reallaşa bilər”

Fransanın nüfuzlu “Le Figaro” nəşrində jurnalist Loran Erblenin Fransa və Avropa İttifaqı arasındakı münasibətlərə həsr olunmuş məqaləsi dərc olunub.

Rusiya mətbuatı yazır ki, məqalədə Fransanın Aİ-dən çıxa biləcəyini qeyd edilir.
Müəllifin sözlərinə görə, pandemiya Avropa sənayesi və iqtisadiyyatının nə dərəcədə “yuxuya getdiyini” açıq şəkildə nümayiş etdirir.

“Aİ danışıqları o qədər ləng aparır ki, bir çox ölkələr Çin və Rusiyadan vaksin almağa başlayıblar. İttifaq yalnız əlavə bürokratik strukturdur. O, heç zaman bizim maraqlarımıza cavab verə bilməz və əksinə, fəaliyyətimizi daha da iflic edir”, - deyə yazıda bildirilir.

Bütün bunları nəzərə alaraq, müəllif Fransanın Aİ-dən çıxması prosesinin başlamasını real hesab etdiyini qeyd edib.