Putin haqlıdır? -Bayden 3 dəfə yıxıldı

ABŞ prezidenti  Co Bayden Rusya prezidenti Vladimir Putini "qatil" adlandırılması ilə həftə boyu gündəm oldu. Putin isə ABŞ prezidentinə "sağlıqlı" olmasını arzulamışdı. Ancaq  dünən yaşananlardan sonra mövzu Baydenin sağlamlığına gəldi.



Sherg.az xarici media istinadən xəbər verir ki, 78 yaşlı ABŞ prezidenti haqqında qəzet manşetlərinə daşınan xəbərlər şok effekti yaratdı.

Nitq söyləyərkən və suallara cavab verərkən Baydenin xətalar etdiyi, bəzi məsələləri qarışdırdığı və hətta mövzudana kənara çıxdığı bildirildi. 

ABŞ prezidentinin son görüntüsü də fiziki sağlamlığı haqqında söz - söhbətlərə səbəb olub.  İngilis "Daily Mail" qəzeti Baydenin durumunu dəyərləndirib.



Co Bayden,  Corciya ştatının Atlanta şəhərinə ziyarəti öncəsi hava limanında gğrüntülənib. Medianın suallarını cavabladıqdan sonra təyyarənin pilləkanlarını çıxmağa başlayan Bayden 3 dəfə büdrəyib və yerə yıxılıb.

Ağ Evdən verilən açıqlamada isə bildirilib ki, baş verən qəza küləyin təsirindən yaşanıb və prezidentin sağlıq durumu əladır. 
Buna baxmayaraq Baydenin 3 dəfə yıxılması yenə də ölkə mediasında və sosial mediada gündəm oldu.

Turan