Əfqanıstanda partlayış törədilib, ölən və yaralananlar var


Əfqanıstanın qərbindəki Qor əyalətində partlayış törədilib.

"Report"un məlumatına görə, bu barədə əyalət idarəsinin mətbuat katibi Arif Abir bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində əyalətin Tiver rayonunun yerli administrasiyasının rəhbəri Məhəmməd Rafiq Alam həlak olub.

Arif Abır qeyd edib ki, bomba Məhəmməd Rafiqin avtomobilinə qoyulub. Partlayış nəticəsində Alamın xanımı və iki övladı da yaralanıb

Hadisəyə görə məsuliyyəti hələ heç bir təşkilat üzərinə götürməyib.