Keçmiş millət vəkili hökumətə səsləndi: "Komendant saatının bir günlük götürülməsi..."

"Komendant saatını milli və dini bayramlarda, bir günlük olsa belə qaldırılmasında hec bir təhlükə və problem görmürəm".

24News.ge xəbər verir ki, bu barədə şəxsi facebook səhifəsində, "Gürcü Arzusu"nun keçmiş deputatı Ruslan Hacıyev qeyd edib.

O öz fikirlərini bu cür qeyd edib: "Komendant saatını milli və dini bayramlarda, bir günlük olsa belə qaldırılmasında hec bir təhlükə və problem görmürəm. Bu addımın həmin hakimiyyət tərəfindən o milli və dini dəyərlərə hörmət və sayğı kimi qiymətləndirərdim", - deyə R. Hacıyev bildirib.