Zibilkdən tapdığı qandalı öz əlinə taxdı, işə düşdü: İmdadına polislər yetişdi

Antaliyada Suriyalı M. D. (13),  zibillikdən tapdığı qandalın bir ucunu əlinə, digər ucunu da zibil arabasına taxıb. Lakin sonra nə qədər çalışsa da qandalı əlindən çıxara bilməyib. 
Sherg. az türk mediasına sitinadən xəbər verir ki, balaca uşağın imdadına polislər yetişib.

Hadisə, saat 21.30 radələrində Kepez qəsəbəsinin Sakarya bulvarında baş verib. Suriyalı zibil yığan M. D., zibil qutusundan qandal tapıb. Bir müddət oynadığı qandalın bir ucunu  əlinə, digər ucunu da zibil arabasına taxıb. Lakin M., qandalı aça bilməyib. Bu zaman o, açıq olan bir iş yerindən köməyinə adam çağırıb.




Köməyə gələnlər də qandalı açmağı bacara bilməyiblər və vəziyyəti 112 Təcili Çağırış Mərkəzinə bildiriblər. Hadisə yerinə gələn  polis qrupları özlərində olan qandalların açarlarını sınayaraq M. D.ı qurtarıblar.
Uşaq "niyə qandalı əlinə taxdın" sualına işləyib -  işləmədiyini öyrənmək üçün belə addım atdığını bildirib.
 
Qandaldan xilas olan M. D., zibil arabasını da arxasına alaraq gözdən itib.

Turan