İranda terror aktı törədilib, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

İranın Saravan şəhərində terror aktı törədilib.

APA-nın xəbərinə görə, bu barədə “Tasnim” agentliyi İran İslam İnqilabını Mühafizə Korpusuna istinadən məlumat yayıb.

Yerli vaxtla səhər saat 09.30 radələrində şəhər meydanında törədilən partlayış nəticəsində 1 nəfər ölüb, biri qadın olmaqla, 3 nəfər yaralanıb.