Yanacağın bahalaşmasına etiraz: Vətəndaşlar və polis arasında qarşıdurma yaşandı

Tbilisidə, Kaxeti magistralı ərazisində yanacağın qiymət artımına etiraz edən bir qrup vətəndaş və polis arasında qarşıdurma yaşanıb.

24News.ge xəbər verir ki, qarşıdurma etirazçıların mərkəzi avtomobil yolunu bağlamağa cəhd etdikləri zaman baş verib.

Bir neçə etirazçı polis maşınına mindirilərək aparılıb. Onların həbs edilməsi və ya daha sonra azad buraxılmaları barəsində hələlik məlumat yoxdur.