Saxta peyvənd satan dələduzlar üzə çıxdı:150 dollara...

Bu ilin əvvəlində "Darknet" kimi tanınan internet şəbəkəsində yeni növ koronavirus peyvəndlərinin, saxta peyvənd pasportlarının və mənfi test nəticələrinin satıldığı aşkar edilib. 
"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, Bir doza COVID-19 peyvəndinin qiymətlərinin 500-750 dollar arasında dəyişdiyini bildirən mütəxəssislər saxta peyvənd sənədlərinin  təxminən 150 dollara satıldığını qeyd etdilər. 
Adlarını gizlədən satıcıların daha çox ABŞ, İngiltərə, İspaniya, Almaniya, Fransa və Rusiyadan olduğu, peyvənd araşdırmaları ilə fərqlənən ölkələr olduğu üzə çıxıb. Beləcə, koronavirus pandemiyası bəzi işbazların səyi nəticəsində dünyanı rüşvətə sürükləyib.