İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib


İsrail ordusunun qırıcı təyyarəli Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə raket atılmasına cavab olaraq həyata keçirilib.