Bil Qeytsdən "dünyanı qurtarma" planı

Koronavirus pandemiyası planetimizin ümumi bir nömrəli gündəmi olaraq qalır.

Bununla birlikdə, planetimizi gözləyən daha böyük bir təhlükə var; Qlobal istiləşmə!

"Sherg.az" xarici mətbuata istinadən bildirir ki,  milyarder təşəbbüskar Bil Qeyts, Qlobal İstiləşməni yavaşlatmaq üçün milyonlarla ton toz əhəngdaşı stratosferə püskürtmək istəyir. Lakin bəzi dairələr bu layihənin fəlakətli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, Harvard Universitetində alimlər tərəfindən hazırlanan layihənin ilk sınağı bu il ediləcək.